EN

Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər həlak olub

Hindistanda

Bakı, 17 iyun, AZƏRTAC

Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 5 nəfər ölüb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə yerli polisin sözçüsü Abhişek Roy bildirib.

“Hadisə nəticəsində 5 sərnişin həlak olub, 20-25 nəfər yaralanıb”, - deyə o qeyd edib.

Məlumata görə, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Chosen
84
2
azertag.az

9Sources