Yanvar-may aylarında Çin 200 milyon ton kömür idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% çoxdur.
Banco.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi (SSA) məlumat yayıb.
Bu ilin ilk beş ayında yerli kömür hasilatı illik müqayisədə 3% azalaraq 1,86 milyard tona düşüb.
May ayında Çin müəssisələri tərəfindən kömür hasilatı 380 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.