EN

Azərbaycana xaricdən gətirilən yük avtomobilləri - 3 MİN MANATDAN ÇOX BAHALAŞIB

Cari ilin yanvar-may aylarında Azərbaycana 56 milyon 773 min dollar dəyərində 3 335 ədəd yük avtomobili idxal olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

2023-ci iln eyni dövrü ilə müqayisədə yük avtomobillərində göstəricilər dəyər ifadəsi ilə 17 milyon 283 min dollar və ya 43,8%, miqdar ifadəsi ilə 702 ədəd və ya 26,7% artıb.

2023-cü ilin 5 ayı ərzində 39 milyon 490 min dollar dəyərində 2 min 633 ədəd yük avtomobili gətirilmişdi.

1 ədəd elektromobilin orta qiyməti 2024-cü ilin 5 ayına görə  17 min 23  dollar (28 min 940 manat) olub ki, bu da son bir ildə 2 min 25 dollar (3 min 443 manat) və ya 13,5% bahalaşma deməkdir.

Ötən ilin müvafiq dövründə bir ədəd yük maşının idxalı  isə 14 min 998 dollar (25 min 498 manat) olub. 

Chosen
27
1
fed.az

2Sources