EN

Bakıda nişanlısı ilə mübahisə edən gənc özünü bıçaqlayıb

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Yeni Sahə adlanan ərazidə 2004-cü il təvəllüdlü Anar Şahin oğlu Məmmədov nişanlandığı xanım ilə mübahisə edib.

Yaxınlarının verdiyi məlumata görə, xanım ayrılmaq qərarına gəlib. Qərara etiraz olaraq A.Məmmədov bıçaqla özünə bir neçə xəsarət yetirib.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
21
apa.az

10Sources