EN

Bayden tədbirdə "dondu", Obama köməyə çatdı

ABŞ-ın keçmiş prezidenti Barak Obama Los-Ancelesdə hazırkı dövlət başçısının seçki kampaniyası üçün maliyyə toplama tədbirində çıxış edən Co Baydeni səhnədən endirməyə məcbur olub.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Respublikaçılar Partiyasının Milli Komitəsi X sosial şəbəkə səhifəsində yazıb. "Bayden donub qaldı, bundan sonra Obama onun qolundan tutub səhnədən uzaqlaşdırdı",- məlumatda deyilir. Qeyd olunur ki, keçmiş və indiki prezidentlər tamaşaçılarla səhnədən vidalaşıblar:

"Bir anda Bayden donub qalıb və sadəcə gülümsəyib, bundan sonra Obama onun əlindən tutub çıxışa doğru aparıb".

Chosen
109
50
buta.tv

10Sources