EN

Rodriqes "Boka Xuniors"a keçir? - özü açıqladı

Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, 32 yaşlı futbolçu  Argentinanın "Boka Xuniors" klubuna keçmək variantını nəzərdən keçirmədiyini bildirib.

"Boka Xuniors" və ya başqa bir Argentina klubuna keçməyi planlaşdırmıram. Hazırda diqqətimi Amerika Kubokuna yönəltmişəm, bundan sonra gələcəyim haqqında düşünəcəm" 

Qeyd edək ki, Ceyms hazırda braziliyalı "San Paulo"da çıxış edir. Ceyms ötən mövsüm səkkiz dəfə meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun Braziliya klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
90deqiqe.az

1Sources