EN

FHN É™mÉ™kdaÅŸları dÉ™rÉ™yÉ™ yıxılan 14 yaÅŸlı yeniyetmÉ™ni xilas etdi – FOTO/VÄ°DEO

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Lənkəran-Lerik yolunun 23-cü kilometrliyində yerləşən istirahət mərkəzinin ərazisində yeniyetmənin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü Ş.Məmmədlinin istirahət mərkəzinin ərazisində yıxılaraq dərəyə düşdüyü və ağacdan asılı vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən xüsusi alpinist ləvazimatlarının köməyi ilə yeniyetmə dərədən çıxarılaraq ailəsinə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
33
konkret.az

10Sources