EN

Millət vəkilindən bayram sovqatı... - Fotolar

YAP-ın Yasamal Rayon Təşkilatı və Yasamal Bələdiyyəsi Qurban Bayramı münasibətilə aksiya təşkil edib.

“Qafqazinfo”nun məlumatına görə, Millət vəkili Elnur Allahverdiyev bu barədə feysbuk hesabında paylaşım edib.

Deputat qeyd edib ki, sosial aksiya çərçivəsində könüllülər və komanda üzvləri ərazi üzrə seçki dairəsinin 1026 ailəsinə baş çəkib bayram payı çatdırıblar:

 “Nə qədər ki, həmrəyik, bütün işlərimiz rəvan olacaq. Necə ki, dövlətimiz, Prezidentimiz və xalqımızın birliyi qarşımızda duran tarixi məqsəd - ərazi bütövlüyümüzün təmin edilməsinə yol açdı.

Allah kəsilən bütün qurbanları qəbul etsin! Gücümüz birliyimizdədir!”










Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
122
1
qafqazinfo.az

2Sources