Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Akçadağ rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.4 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.