EN

"Bellinqhem ilin oyunçusu adı və "Qızıl top" uğrunda mübarizə aparacaq"

“Milan”ın və “Real”ın sabiq futbolçusu Kaka “qaymaqlılar”ın yarımmüdafiəçisi Cud Bellinqhemin oyun səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az "Daily Mail"ə xəbər verir ki, 42 yaşlı keçmiş futbolçu ingilis yarımmüdafiəçinin ilin oyunçusu adı və Qızıl top uğrunda mübarizə aparacağını bildirib.

“Bellinqem inanılmazdır. O, çox yaxşı oyunçudur. O, çox gəncdir, amma meydanda yetkin görünür. O, oyunu yaxşı oxuyur və onun yaşındakı oyunçudan gözlədiyiniz qədər əsəbiləşmir. O, irəliləyəcək və təbii ki, ilin oyunçusu adı və Qızıl top uğrunda mübarizə aparacaq”

Xatırladaq ki, 20 yaşlı Bellinqhem son 2023/2024 mövsümündə "Real Madrid"in heyətində 42 oyun keçirib, 23 qol vurub və 13 məhsuldar ötürmə verib. 20 yaşlı futbolçu millidə debütünü 2020-ci ilin noyabrında İrlandiya millisi ilə ev oyununda (3:0) edib. Bellinqhem hazırda İngiltərə millisində 29 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
209
90deqiqe.az

1Sources