EN

Yaylagül Ramazanova Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın daha bir idmançısı – Yaylagül Ramazanova bu il Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına (Paris-2024) lisenziya əldə edib.

Arena.az xəbər verir ki, o, bu uğura Türkiyənin Antalya şəhərində kamandan oxatma üzrə yarışda imza atıb.

Yaylagül Ramazanova dünya təsnifat turnirinin finalında uğurla çıxış edib. Bununla da Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyaya sahib çıxıb.

Nəticədə Azərbaycan milli komandasının 15 idman növündə lisenziya qazanan idmançılarının sayı 38-ə yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
3
arena.az

10Sources