EN

Mbappe Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyəcək

Fransa millisinin hücumçusu Kilian Mbappe Olimpiadanın futbol turnirində iştirak imkanları ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı forvard 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında çıxış etməyəcəyini bildirib.

“Klubumun çox aydın mövqeyi var. Düşünürəm ki, Olimpiya Oyunlarında çıxış etməyəcəm”

Xatırladaq ki, bir müddət əvvəl Kilian Mbappenin "Real Madrid"ə keçəcəyi açıqlanmışdı. Ulduz fransız forvard Madrid superklubu ilə 2029-cu ilin ortalarına qədər 5 illik müqavilə imzalayıb. Mbappe əvvəlki 7 mövsüm PSJ-ni vətənində təmsil edib.

Əlavə edək ki, bazar ertəsi Fransa yığması Avropa çempionatında Avstriya ilə qarşılaşacaq.

Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
87
90deqiqe.az

1Sources