EN

Finlandiya lideri SSRİ ilə müharibəni xatırlatdı

Finlandiya Prezidenti Aleksandr Stubb İsveçrədə Ukrayna sammitində çıxışı zamanı 1939-cu ildə SSRİ ilə “Qış müharibəsi”ni xatırladıb.

Axar.az xəbər verir ki, bu barədə Finlandiyanın Yle telekanalı məlumat yayıb.

“İkinci Dünya Müharibəsində Rusiya Finlandiyaya hücum etdi, biz ərazimizin 10%-ni, o cümlədən babalarımın və atamın doğulduğu yerləri itirdik”, - deyə Stubb bildirib.

Qeyd edək ki, "Qış müharibəsi" - Finlandiya ilə Sovet İttifaqı arasında 1939-cu il noyabrın 30-dan 1940-cı il martın 13-dək davam edən müharibədir. Nəticədə Finlandiya ərazilərinin 10 faizini itirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
2
axar.az

3Sources