EN

"Mən antisemit deyiləm, amma korrupsiya siyahısının yarısı yəhudilərdir" - Lukaşenko

"Hamı qanun qarşısında bərabərdir, günahın varsa, həbsə atılacaqsan..."
 
"Mən anlamıram, olmaya yəhudilər xüsusi imtiyazlara malikdir və oğurluq edə bilər?.."
 
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, yəhudilər korrupsiya ilə məşğul olmağa meyllidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "nashaniva.com" nəşri məlumat yayıb.
 
Mənfur slavyan hakimi bu fikri Belarus rəhbərliyi ilə qulluq mövqeyindən şəxsi məqsədlərlə sui-istifadə hallarnın müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirib.
 
Respublika kənd təsərrüfatında böyük korrupsiya hallarını müzakirə edərkən Lukaşenko bu işlə bağlı məsuliyyətə cəlb edilənlər barədə danışıb: 
 
"Baxın, 30 nəfər sadalanıb. Məni bağışlayın, mən antisemit deyiləm, amma bunların yarısı yəhudilərdir".
 
"Bu nə deməkdir, onlar olmaya xüsusi imtiyazlı mövqedədir, oğurluq edərək öz gələcəyini düşünür?" - Belarus prezidenti narazılığını ifadə edib.
 
"Hamı-yəhudilər də, belaruslar da, ukraynalılar da, ruslar da, polyaklar da qanun qarşısında bərabərdir. Günahın varsa, həbsə atılacaqsan", - Lukaşenko vəd edib.
 
Bundan sonra Belarus lideri digər korrupsiya əleyhinə işlərin müzakirəsinə qayıdıb.
 
Bundan əvvəl də Aleksandr Lukaşenko bir sıra antisemit bəyanatlara yol verib. 
 
Məsələn, 2007-ci ildə jurnalistlərlə söhbətində Belarus prezidenti Bobruysk şəhərinə səfərini xatırladaraq bəyan edib ki, "bu yəhudi şəhəri donuzxanaya çevrilib".
 
Lukaşenko əlavə edib ki, "yəhudilər öz yaşadığı yerə qayğı göstərə bilmir". Siyasətçinin sözlərinə görə, bu təəssürat "onun İsrailə səfəri zamanı" yaranıb.
 
O zaman İsrail xarici işlər naziri olan Sipi Livni bu fikirlərə görə onu pisləyib, Belarusun İsraildəki səfirinə isə töhmət verilib.
 
2021-ci ildə Lukaşenko Xolokostla bağlı daha bir bəyanatla çıxış edərkən deyib ki, "bütün dünya yəhudilər qarşısında baş əyir".
 
Ötən il Ermənistandakı vəziyyətlə bağlı danışarkən o, deyib: "Ermənilər ağıllıdır, orada yəhudilər yoxdur". O zaman da Lukaşenko vurğulayıb ki, o, antisemit deyil.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
moderator.az

1Sources