EN

AÇ-2024: İngiltərə və Serbiya azarkeşləri arasında dava düşdü

AÇ-2024-də milli komandalar arasında keçiriləcək oyun ərəfəsində İngiltərə və Serbiya yığmalarının azarkeşləri arasında əlbəyaxa dava düşüb.

Arena.az bu barədə “The Guardian” nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, bu rüsvayçılıq Gelzenkirxendə baş verib. Dava-dalaşın təşəbbüskarının İngiltərə yığmasının azarkeşləri olduğu bildirilir. Bir dəstə ingilis xuliqanın serblərin istirahət etdiyi bara əvvəlcədən düşünülmüş hücum təşkil etdiyi vurğulanır. İngilislər serblər üstünə müxtəlif əşyalar atmağa başlayıblar. Dava başlayandan sonra 200 nəfərdən ibarət alman hüquq-mühafizə orqanı əkəkdaşı dərhal hadisə yerinə gəlib. İngilis azarkeşlər bu vaxta qədər hadisə yerindən əkilib aradan çıxıblar.

Bildirilir ki, daha öncə tərəflərin bir-birinə saldırması ehtimalı diqqətə alınsa da, göründüyü kimi, bunu önləmək mümkün olmayıb.

Vurğulayaq ki, ingilis azarkeşlər futbolda xuliqanlıq üzrə ad çıxarıblar. Mütəmadi olaraq hər yarışda böyük və ya kiçik miqyasa ingilis xuliqanların dava salması, aranı qarışdırması bir adət halını alıb və nə qədər önlənsə də, bu cənablar öz əməllərindən qalmırlar.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda “C” qrupunda Serbiya – İngiltərə oyunu bu gün, iyunun 16-da Gelzenkirxenin “Feltins-Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
arena.az

1Sources