EN

İranda mədən ÇÖKDÜ: Dağıntılar altında qalanlar var -VİDEO 

Bu gün səhər saatlarımda İranın Şəhr-e Cədid-e Mohaceran şəhərində mədən çöküb.


Referans.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.



Sözügedən əyalətin Qızıl Aypara Cəmiyyətinin sədri Əlirza Şəhrcerdi bildirib ki, dağıntılar altında 4 nəfərin qaldığı ehtimal edilir.
Onun sözlərinə görə, Ərak-Şazənd mədəninin dağıntıları altında qalanlara kömək etmək üçün əraziyə 14 yardım qrupu göndərilib.



Qeyd olunub ki, dağıntılar altından fəhlələrin çıxarılması üçün axtarış əməliyyatları davam edir.

Chosen
106
3
referans.az

4Sources