“Bavariya” heyətini yeni oyunçu ilə gücləndirib.
“Football-plus.az” xəbər verir ki, Hiroki İto “Ştutqart”dan transfer edilib.
Münhen klubunun mətbuat xidmətinin xəbərinə görə, yaponiyalı oyunçu üçün təxminən 30 milyon avro ödəniləcək. 25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Yaponiya yığmasının da üzvü olan İto ötən mövsüm 29 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.