EN

Qurban bayramında ət riski... - Həkimdən xəbərdarlıq

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Qurban bayramı münasibətilə bayram namazı qılınıb, qurbanlar kəsilir. Bəs təzə kəsilmiş əti istehlak etmək zərərlidirmi? Qurban bayramında hansı mədə-bağırsaq xəstəlikləri artır?

Teleqraf.com xəbər verir ki, həkim terapevt Gülnar Zeynalova Qurban bayramında ət istehlakı ilə bağlı diqqət edilməli olan məqamları açıqlayıb:

“Qurban bayramında həddindən artıq ət istehlakı və gigiyenaya diqqət yetirilməməsi səbəbindən bəzi mədə-bağırsaq xəstəliklərinə tutulma riski arta bilər. Ətin düzgün saxlanmaması, gigiyena qaydalarına fikir verilməməsi, çiy və ya az bişmiş ət istehlakı qida zəhərlənməsinə səbəb ola bilər.

Ətin çirkli su ilə yuyulması və ya az bişməsi bağırsaq infeksiyaları yaradır. Həddindən artıq yağlı və ədviyyatlı ət istehlakı həzm sistemini gərginləşdirir, nəticədə ishal və ürəkbulanma yaranır. Bu səbəblərdən Qurban bayramında ət istehlak edərkən gigiyena qaydalarına diqqət yetirmək, ətin düzgün saxlanması və yaxşı bişirilməsi vacibdir.

Ətin həddindən artıq yağlı və ya ədviyyatla yeyilməsi həzm sistemində gərginliyə səbəb olur. Bəzi insanlarda pankreatit əlamətlərinə gətirib çıaxrır. Pankreatit kimi problemlərə həssas olan şəxslərə Qurban bayramında diqqətli olmaları, həddindən artıq yağlı və ya ədviyyatlı ət istehlak etməmələri tövsiyə olunur”.

Həkim vurğulayır ki, normadan artıq miqdarda ətin yemək bəzi sağlamlıq risklərinə səbəb olur:

“Bu vəziyyətdə mədə ağrısı, şişkinlik, ishal və ya qəbizlik kimi problemlər yarana bilər. Yüksək miqdarda doymuş yağ ehtiva edən ətin istehlakı xolesterol səviyyəsini və ürək sağlamlığı riskini artıra bilər”.


Müəllif: Şəbnəm Zahir
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
98
teleqraf.com

1Sources