EN

F-16-lar prioritet hədəfə çevriləcək - Şeremet

Ukraynaya hər hansı silah tədarükü, o cümlədən Danimarkadan gələn F-16 təyyarələri terrorizmə birbaşa sponsorluq kimi qiymətləndiriləcək və Rusiya ordusu üçün prioritet hədəf hesab olunacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.

“Kiyev rejiminə ölümcül silahların istənilən tədarükü ölkəmiz tərəfindən dinc sakinlərin ölümünə və mülki infrastrukturun məhvinə səbəb olan terrorizmin birbaşa sponsorluğu kimi qiymətləndiriləcək. F-16-lar prioritet hədəfə çevriləcək, həmçinin yeni bazalarının məhv edilməsi üçün əsas olacaq”, - Şeremet bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
1
axar.az

2Sources