EN

“Uzun müddətli iş üçün vaxtımız yoxdur” – Zelenskidən anons


Ukrayna Prezidenti Volodimir Zelenski ikinci sülh sammitinin anonsunu edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
“Uzun müddətli iş üçün vaxtımız yoxdur. Tez hərəkət etməliyik. İş illər deyil, aylar çəkməlidir. Sülh fəaliyyət planı hazır olduqda və hər bir addım işlənib hazırlandıqda, ikinci sülh sammitinin keçirilməsinə yol açılacaq”, - Prezident bildirib.
Zelenski aydınlıq gətirib ki, Ukrayna üzrə ikinci sülh konfransına ev sahibliyi etmək istəyən dövlətlər artıq var. Onun sözlərinə görə, Kiyev bu ölkələrlə danışıqlara başlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
yeniavaz.com

1Sources