EN

İlkin Muradov “Şamaxı”ya keçdi - Rəsmi

Bu yay “Zirə” ilə yollarını ayıran yarımmüdafiəçi İlkin Muradov bundan sonra karyerasını “Şamaxı”da davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub yeni mövsüm öncəsi heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Əyalət təmsilçisi “Zirə”dən ayrılmış yarımmüdafiəçi İlkin Muradovu heyətinə qatıb. 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

İlkin Muradov “Zirə”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi paytaxt klubunun heyətində 156 oyuna çıxıb. O, bu oyunlarda 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

“Səbail”də də oynamış Muradov Azərbaycanın U-21 yığmasında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

“Şamaxı” daha öncə “Səbail”dən ayrılmış Adil Nağıyev və Rafael Məhərrəmli ilə də müqavilə bağlamışdı. Ötən mövsümü icarə əsasında “Səbail”də keçirmiş Bahadur Həziyev də “Şamaxı”ya qayıdıb. Səbayıl Bağırov, Abdulla Seydəhmədov və Emin Zamanovla isə yeni müqavilə imzalanıb. Əvəzində Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov və Salman Ələsgərov əyalət təmsilçisini tərk ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
117
arena.az

1Sources