EN

AVRO-2024: Təhlükə halında “Panama” kod sözündən istifadə edin

Almaniya hakimiyyəti bu gün Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində qarşılaşacaq İngiltərə və Serbiya azarkeşləri arasında toqquşmadan ehtiyat edir. Almaniya hakimiyyəti bu gün Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində qarşılaşacaq İngiltərə və Serbiya azarkeşləri arasında toqquşmadan ehtiyat edir. Onlar vətəndaşlardan potensial təhlükə yarandığı halda “Panama” kod sözünü istifadə etmələrini xahiş edir. Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat paylaşıb. Bildirilir ki, İngiltərə - Serbiya matçı yüksək riskli zona kimi tanınır və gücləndirilmiş təhlükəsizlik tədbirlərini zəruri edir. Bununla əlaqədar şəhərdə 3 min yerli və federal polis əməkdaşı xidmət aparacaq. Xatırladaq ki, oyun “Veltins Arena” stadionunda saat 23:00-da start götürəcək. Serbiya və İngiltərə milliləri sonuncu dəfə 2003-cü ildə yoldaşlıq görüşündə üz-üzə gəlib. Həmin qarşılaşmada İngiltərə millisi 2:1 hesabı ilə qalib gəlib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
matc.az

1Sources