EN

Avro 2024: Polşa - Hollandiya matçı öncəsi insident yaşanıb - VİDEO

Hamburqda çubuq və molotov kokteyli ilə silahlanmış şəxs Avro 2024-də Polşa - Hollandiya matçı öncəsi azarkeşlərə və polis əməkdaşlarına hücum edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı məlumatı “Bild” yayıb.

Məlumata görə, polis onu ram etmək üçün gözyaşardıcı qazdan, daha sonra isə odlu silahdan istifadə edib.
İnsidentə cəhd edən şəxs ayağından güllə yarası alıb. O, dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatları barədə hələlik rəsmi açıqlama verilməyib.

 





Bizim.Media

Chosen
101
3
bizim.media

9Sources