Bu gün Zəngilan şəhər məscidində ilk dəfə olaraq Qurban Bayramının namazı qılınıb.
News24.az Modern.az-a istinadla xəbər verir ki, ibadətdə Ağalı kəndinin sakinləri və bir sıra din xadimləri iştirak ediblər.
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq arzulanıb.