EN

Millimizin sabiq üzvü karyerasını başa vurdu

Azərbaycan millisinin sabiq üzvü Elvin Məmmədov futbolçu karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, "Cəbrayıl"ın heyətində Azərbaycan Birinci Liqasına vəsiqə qazanan Məmmədov "Araz Saatlı" pley-off matçından sonra komanda yoldaşları ilə vidalaşıb.

O, aktiv futbolçu karyerasını başa vurub və fəaliyyətinə məşqçi kimi davam edəcək.

Elvin futbolçu karyerası ərzində "Turan Tovuz", “İnter” (Bakı), “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ”, “Sumqayıt” və “Şamaxı” komandalarında oynayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
sportal.az

1Sources