EN

Xudat sərhəd dəstəsinin yaradılmasından 32 il ÖTÜR

Bu gün Azərbaycanın müstəqillik dövründə yaradılmış ilk sərhəd dəstəsi olan Xudat sərhəd dəstəsinin əməkdaşları üçqat bayramı qeyd edirlər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün Milli Qurtuluş gününü böyük ehtiramla qeyd edən şimal sərhədçiləri bu gün xalqımızın müqəddəs Qurban bayramını və dəstənin yaranmasının 32-ci ildönümünü bayram edirlər.

1992-ci ilin 16 iyun tarixində Yalama Əlahiddə Buraxılış məntəqəsi adı ilə çətin şəraitdə yaradılan Xudat sərhəd dəstəsi hazırda Azərbaycanın ən qabaqcıl və peşəkar sərhəd dəstələrindən biridir.

Bu gün münasibətilə Xudat sərhəd dəstəsində tədbir keçirilib. Hərbi hissənin rəisi yaradıldığı 32 il əzində sərhəd dəstəsinin keçdiyi şərəfli və çətin yoldan danışıb.
Sonra xidmətdə fərqlənən hərbçilər mükafatlandırılıb. Dəstənin hər bir üzvünə ölkənin şimal sərhədinin etibarlı mühafizəsində uğurlar arzulanıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
bizim.media

1Sources