Rusiyada Rostov İstintaq Təcridxanasının əməkdaşlarını girov götürən məhbuslara qarşı hüquq mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Mia.az xəbər verir ki, əməliyyat nəticəsində girovlar azad edilib, altı məhbus zərərsizləşdirilib.
***
Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan altı şəxs cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.