EN

Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifiyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevəzəng edib.

Məhəmməd Şahbaz Şərif dövlətimizin başçısını, dost və qardaşAzərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrikedib.

Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirənAzərbaycan Prezidenti, öz növbəsində, bayram münasibətilə dost vəqardaş Pakistan xalqına təbriklərini və sülh, əmin-amanlıqarzularını çatdırıb.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazirMəhəmməd Şahbaz Şərif əlaqələrimizin müxtəlif sahələrdə inkişafperspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərimizindaha da yüksək səviyyəyə qaldırılması barədə razılığa gəliblər.

Pakistanın Baş naziri COP29-un ölkəmizdə keçirilməsimünasibətilə dövlətimizin başçısını təbrik edib və Prezident İlhamƏliyevi Pakistana rəsmi səfərə dəvət edib.

Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
49
az.trend.az

10Sources