İyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi şəhərətrafı ərazilərdə havanın tutulacağı, qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Cənub-qərb gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.
10Sources
-
demedia.azSabah arabir yağış yağacaq, külək güclənəcək - PROQNOZ ( 8557127)
-
az.trend.azSabah yağış yağacaq, güclü külək əsəcək ( 8547200)
-
mia.azSabah arabir yağış yağacaq, külək güclənəcək ( 8546795)
-
az.trend.azSabah hava necə olacaq? ( 8501609)
-
publika.azBu gün 39 dərəcə isti olacaq ( 8488487)
-
kommersant.azSabah 39 dərəcə isti olacaq ( 8464580)
-
aznews.azSabah 39 dərəcə isti olacaq ( 8461898)
-
tribunainfo.azSabah 39 dərəcə isti olacaq ( 8461628)
-
bolge.tvSabah 39 dərəcə isti olacaq ( 8461376)
-
pravda.azSabah 39 dərəcə isti olacaq ( 8458505)