Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə rayonda yaşayan şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylayırlar. DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə qurban payları və müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edən polislər, onları təbrik ediblər.