Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Stridora yanaşma” mövzusunda seminar keçirilib.
İnstitutdan Aztibb.az-a verilən məlumata görə, seminarın açılışı institutun rəhbərliyinin nitqiylə başlayıb.
Daha sonra həkim-pediatr Türkanə Məmmədova “Stridora necə yanaşmalı?” mövzusunda təqdimatla çıxış edib. Həkim-pediatr stridor haqqında ümumi məlumat verərək onun növləri, anamnezə və subyektiv əlamətlər əsasən differensial diaqnostikasına dair geniş təqdimatı işirakçıların diqqətinə çatdırıb.
Tədbirdə həkim-otorinolarinqoloq Gülşən Qədirli Anadangəlmə stridorun növlərinə, səbəblərinə, müalicə taktikasına toxunub. Anadangəlmə stridorun cərrahi müalicəsinə dair videoçarx nümayiş etdirib.
Seminarda həkim-pediatr Arzu Alxasova Qazanılma stridor haqqında çıxış edib. Stridorun etiologiyası, klinikası, differensial diaqnostikası haqqında məlumatı diqqətə çatdırıb.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb.