EN

“Təcili yardım” maşınları qiyam baş vermiş Rostov təcridxanasına daxil olub –VİDEO

Bir neçə təcili yardım maşını Rostov istintaq təcridxanasının ərazisinə daxil olub.

Azpost.info bildirir ki, bu barədə hadisə şahidləri bildirirlər.

Atışma səsləri hələlik kəsilib.

Qeyd edək ki, bu gün Rostov şəhərində yerləşən 1 saylı İstintaq təcridxanasında cəza çəkən beş nəfər İŞİD üzvü təcridxananın iki əməkdaşını girov götürüb.

Sosial şəbəkələrdə əllərində bıçaq və İŞİD-in simvolikası, bayrağı olan şəxslərin video görüntüləri yayılıb.

Rusiya mətbuatı girov götürənlərin kimliyini artıq açıqlayıb. Məlum olub ki, həmin şəxslər Karaçay Çərkəz Reapublikasının ərazisində terror aktı törətməkdə təqsirləndirilərək 18 il azadlıqdan məhrum edilən Akiyev Şamil, Qiriyev Tamerlan Tsiskiyev Azamatdır. Onların hər üçün hər üçünün İnquşetiya sakini olduğu bildirilib.

Qiyamçılar Federal Penitensiar Xidmətin Rostov vilayəti üzrə əməliyyat şöbəsinin rəisi, polkovnik-leytenant Aleksandr Boqmanı, növbətçi növbənin kiçik inspektoru, daxili xidmətin giziri Viktor Konçakovu girov götürüblər.

hebsxana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
6
azpost.info

10Sources