EN

"Ən pisi budur ki..." - Daliç 0:3-ü dəyərləndirdi

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda İspaniyaya məğlubiyyəti (0:3) şərh edib.

Fanat.Az xəbər verir ki, o, "buğalar"dan aldıqları ağır yenilgi barədə belə danışıb:

“Bu, bizim üçün yaxşı başlanğıc deyil. İspaniyanı qələbə münasibətilə təbrik edirəm. Enerjimiz və aqressivliyimiz çatışmırdı. Öz səhvimiz üzündən ilk qolu buraxdıq. Ən pisi budur ki, fasiləyə qədər qapımızda qol gördük. Buna imkan verməməliydik, oyunun taleyi həmin vaxt həll olundu.

Nəyin səhv olduğunu təhlil edəcəyik. Rəqibə çox vaxt və boşluqlar verdiyimiz üçün cəzalandıq. Qrup mərhələsində hələ iki oyunumuz var. Biz onlara diqqət yetirməli və iki qələbə üçün çalışmalıyıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
fanat.az

1Sources