EN

“İsveçrədəki konfrans Rusiyasız öz məqsədinə çatmayacaq” – Siyarto


“İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransda Rusiya təmsil olunmadığından məqsədinə nail ola bilməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfransda iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkə hesabında  yazıb.
“İsveçrənin sülhə nail olmaq səyləri həmişə yüksək qiymətləndirilib və qiymətləndirilməkdə davam edir. Amma açığını deyim ki, sülh konfransı o zaman öz məqsədinə nail ola bilər ki, hər iki müharibə edən tərəf danışıqlar masası arxasında olsun. Bu həftəsonu bu baş verməyəcək", - xarici işlər naziri deyib.
O qeyd edib ki, Macarıstan müharibə aparanlar arasında real, substantiv sülh danışıqlarına çağırmaqda davam edir:
“Beynəlxalq ictimaiyyət müharibə edən tərəfləri nəhayət atəşkəsə razılaşmağa və danışıqlar masasına oturmağa məcbur etməlidir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
111
1
yeniavaz.com

2Sources