EN

Vəkillər Kollegiyası tərəfindən genişmiqyaslı pulsuz hüquqi yardım aksiyaları keçirilib

15 iyun- Milli Qurtuluş Günü və Qurban bayramı ərəfəsində Vəkillər Kollegiyası tərəfindən genişmiqyaslı pulsuz hüquqi yardım aksiyaları keçirilib.

Məhz bu layihə çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü, Lerik rayon İcra Hakimiyyəti  və Yeni Azərbaycan Partiyasının iştirakçılığı ilə Bakı şəhəri,20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən 14 iyun 2024-cü il tarixdə Lerik rayon sakinlərinə pulsuz hüquqi yardım aksiyası keçirilib. Aksiyaya başlamamışdan əvvəl 20 saylı Vəkil Bürosunun vəkilləri Lerik rayon icra başçısının müavini və Yeni Azərbaycan Partiyası sədrinin müavini ilə birlikdə Lerik rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Pulsuz hüquqi yardım aksiyası Lerik rayonunun Mədəniyyət Mərkəzində təşkil olunmuşdur. Aksiyada 40-dan artıq Lerik sakininə  pulsuz hüquqi yardım göstərilmişdir. 20 saylı Vəkil Bürosundan aksiyada 10-dan artıq vəkil iştirak etmiş və sakinlərin müxtəlif sahələrdən olan suallarını cavablandırmışlar. Müraciətlər mülki, inzibati, cinayət məsələləri ilə bağlı olmuşdur. Sakinlərə nəinki yerində məsləhətlər verilmiş, eyni zamanda hüquqi sənədlər tərtib olunmuş və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar atılmışdır. Lerik rayonunda pulsuz hüquqi yardım aksiyası Lerik Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası tərəfindən  mükəmməl şəkildə təşkil olunmuşdur. 20 saylı Vəkil Bürosunun vəkilləri olaraq bu aksiyada iştirak etməyimizdən qürur hissi duyuruq. Eyni zamanda qonaqpərvərliklərinə görə Lerik rayon sakinlərinə təşəkkür edirik.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
moderator.az

1Sources