EN

Qurban bayramı hansı ölkədə necə keçirilir — FOTOLAR

Bu gün dünyanın müxtəlif müsəlman ölkələrində Qurban bayramı qeyd olunur. Hər bir ölkə Qurban bayramını qeyd etməklə yanaşı, həm də öz mədəniyyətini və adət-ənənələrini əks etdirir. 



İctimaimedia.az xarici mediaya istinadən müxtəlif müsəlman ölkələrinin maraqlı Qurban bayramı ənənələrini təqdim edir.



Qazaxıstan. Qurban bayramını maraqlı adət-ənənələri ilə qeyd edən ölkələrdən biri də Qazaxıstandır. Bu ölkədə Qurban bayramı müxtəlif tədbirlər, bayram namazından sonra məscidlərin həyətində keçirilən ənənəvi idman yarışları ilə qarşılanır.



Malayziya. Məlum olduğu kimi



Malayziyada buddistlər və müsəlmanlar ortaq həyatı paylaşırlar. Bu səbəbdən iki fərqli inancın ritualları bir-biri ilə qarşılıqlı əlaqədə olur. Uzun illərdir ki, Malayziyada Qurban bayramı zamanı küçələr, qurbanlıq heyvanlar bəzədilir, hətta rənglənir.



Əlcəzair. Bu ölkədə bəzi qədim Qurban bayramı ənənələri hələ də davam edir. Belə ki, Əlcəzairdə adətən üçüncü gün qurban kəsilir. Həmin gün ölkənin müxtəlif yerlərində vətəndaşlar bir araya gələrək yaşadıqları rayonlarda izdihamlı süfrələr düzürlər. Bu bayram süfrələrinin vazkeçilməz dadı «melfuf» adlandırdıqları kələm rulonlarının ənənəvi yeməyidir.



Mərakeş. Qurban bayramı Mərakeşdə “Böyük bayram” kimi də tanınır. Bu böyük günə hazırlıq bir neçə gün əvvəldən başlayır. Bayram günlərində onlarla insan yerlərini dəyişir.



Həmçinin əksər hallarda Mərakeşdə iqtisadi inkişaflar da Qurban bayramında formalaşdırılır. Belə ki, hökumət bayramdan əvvəl dövlət qulluqçularının maaşlarını yatırır və Qurban bayramı üçün banklara xüsusi kreditlər verir. Amma Mərakeşdə ən maraqlı Qurban bayramı ənənəsi bayram gününə təsadüf edir. Mərakeşlilər qurbanlıq heyvanların buynuzları arasına xına vurur və bunun xeyir gətirəcəyinə inanırlar.



Filippin. Bu gün də filippinli  müsəlmanlar Qurban bayramında çox maraqlı bir ənənəni qoruyub saxlayırlar. Qurban ibadətini yerinə yetirmək üçün iqtisadi gücə malik olan müsəlmanlar Qurban bayramının ilk günündə açıq ziyafət süfrələri açır. Süfrədə ən vacib yemək qurban ətidir. Arzu edənlər ziyafət süfrəsindəki yeməkləri evlərinə apara bilərlər. Lakin ziyafətin təşkilatçıları stolun arxasındakı stulların hər birinin altında bir qədər pul gizlədirlər, bu pullar stulda oturanlara aid olur.



Türkmənistan. Bu ölkədə də bayram namazından sonra qurbanlar kəsilir. Lakin Türkmənistanda Qurban bayramı bir çox ölkələrdən fərqli olaraq karnaval ab-havasında keçir. Ölkədə Qurban bayramı ilə bağlı xüsusi konsertlər və əyləncələr keçirilir.



Qurban bayramı adətləri arasında bayram zamanı ölkə küçələrini dolduran yelləncəklər də var. Bayramı ənənəvi geyimlərlə qeyd edən türkmənistanlılar yelləncəklərdə yellənməklə günahlarından qurtulacaqlarına inanırlar.



Şəklin alt yazısı,Fələstinlilər Qurban bayramının ilk gününü Qüdsdəki (Yerusəlim) əl-Aqsa məscidində ibadətə toplaşıblar



Şəklin alt yazısı,Bakıda bir kişi Qurban bayramı üçün heyvan bazarından qurbanlıq alır



Şəklin alt yazısı,Ankaradakı Atayurt Mərkəz Məscidində bayram namazının havadan görünüşü



Şəklin alt yazısı,Qəzzadakı uşaqlar Qurban bayramını xarabalıqlar arasında qeyd edirlər



Şəklin alt yazısı,Müsəlmanlar Ukraynanın paytaxtı Kiyevdə Er Rəhma məscidində namaz qıldıqdan sonra qurbanlıq heyvan ala bilərlər



Şəklin alt yazısı,Kosovonun paytaxtı Priştina yaxınlığındakı məscidin ərazisinə gətirilən qoyun sürüsü



Şəklin alt yazısı,İndoneziyanın Java adasında uşaqlar bayram mərasimləri zamanı bir keçiyə diqqətlə baxırlar



Şəklin alt yazısı,Məkkədə müqəddəs məsciddə inanclı insanlar İslamın ən müqəddəs məbədi olan Kəbəni ziyarət edirlər



Şəklin alt yazısı,Filippinli müsəlmanlar paytaxt Manilanın kənarındakı məscidin yaxınlığında namaz qılırlar



Şəklin alt yazısı,Misirdəki Əl Əzhər məscidində qılınan bayram namazı



Şəklin alt yazısı,Ukraynanın paytaxtı Kiyevdə Ər Rəhma məscidindən foto



Şəklin alt yazısı,Yəmənin paytaxtı Sana şəhərində silahlı əsgər Qurban bayramının birinci günündə şəhər mərkəzində qılınan namaz vaxtı nəzarət edir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources