EN

Kevin De Bruyne Belçika millisinin AVRO-2024-dəki şanslarını dəyərləndirib

Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne millisinin AVRO-2024-ün qalibi olmaq şansları ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, o, bu barədə UEFA-nın rəsmi saytına danışıb. “Kağız üzərində bəzi komandalar bizdən daha çox favorit hesab olunur. Amma əsas sirr turnir davam etdikcə forma yığmaqdır və sən forma yığdıqdan sonra hər şey ola bilər. Ümid edirəm ki, çempionata hazırlıq zamanı olduğu kimi oynamağa davam edə biləcəyik. Yaxşı bir başlanğıc həmişə vacibdir. İlk matçda qalib gəlmək əladır, lakin biz DÇ-2022-nin ilk matçında qalib gəlməyimizə baxmayaraq qrupdan çıxa bilməmişdik. Çalışacağıq ki, yaxın günlərdə mümkün qədər yaxşı hazırlaşıb həm psixoloji, həm də fiziki cəhətdən hazır olaq. Ümid edirəm ki, Slovakiya ilə matç bizim üçün yaxşı başlanğıc olacaq”. Qeyd edək ki, Belçika millisi Ukrayna, Slovakiya və Rumıniya ilə E qrupunda çıxış edəcək. İlk oyun iyunun 17-də baş tutacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
1
matc.az

2Sources