Bakı şəhərinin Xəzər rayonunda minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, rayonda “Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.