Ötən gün Şəmkirdə piyada ölümü ilə nəticələn yol qəzası baş verib.
AzEdu.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ” markalı minik maşını 5 yaşlı Amin İslamlını vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.