İsrail ordusu Qəzza zolağının cənubundakı döyüşlərdə taktiki fasilə verildiyini açıqlayıb. Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "АВС" televiziya kanalı xəbər verib. Məlumata əsasən, hərbçilər bildiriblər ki, Rafah bölgəsində fasilə hər gün yerli vaxtla səhər saat 8-dən axşam saat 7-yə qədər növbəti xəbərdarlığa qədər qüvvədə olacaq. Fasilə verilməsində məqsəd humanitar yardım daşıyan yük maşınlarının "Kerem-Şalom" keçid məntəqəsindən keçməsini təmin etməkdir. Qeyd olunub ki, İsrail tərəfi BMT və beynəlxalq yardım agentlikləri ilə fasilənin tətbiqi ilə bağlı razılığa gəlib.