EN

Zlatko Daliç: "Oyun zamanı gücümüz tükənmişdi"

"Ağır məğlubiyyət oldu, buna layiq idik". Sport24.az xəbər verir ki, bunu Xorvatiyanın baş məşqçisi Zlatko Daliç İspaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
 
57 yaşlı mütəxəssis qələbə münasibəti ilə rəqib komandanı təbrik etdiyini deyib: "Oyun zamanı gücümüz tükənmişdi. İlk 15 dəqiqədə yaxşı mübarizə aparsaq da, sonradan durğunluq yarandı. Həqiqətən bizim üçün çox pis oyun alındı. Harda səhv etdiyimizi müzakirə edəcəyik. Qarşıda bizi Albaniya ilə çətin oyun gözləyir. Hədəfimiz 3 xal qazanmaq olacaq".
 
Qeyd edək ki, B qrupunun ilk matçında Xorvatiya İspaniyaya 0:3 hesabı ilə məğlub olub.

Chosen
44
1
sport24.az

4Sources