Fransanın “Orano” şirkəti ölkə hökuməti ilə müqavilənin yenilənməsi ilə bağlı problemlərə görə Nigerdəki İmuraren mədənində uran hasilatı hüququnu itirə bilər.
APA xəbər verir ki, bununla bağlı ötən gün ABŞ-ın məşhur Bloomberg nəşri məlumat yayıb.
Məlmatda bildirilir ki, hazırkı müqavilənin müddəti iyunun 19-da başa çatır. Əvvəllər Niger Fransa nüvə şirkətinin müqaviləni uzatmaq planını rədd etmiş və onun hakimiyyətin gözləntilərinə uyğun gəlmədiyini açıqlamışdı.
"İkinci və son bildiriş iyunun 19-da başa çatır, bundan sonra şirkətin fəaliyyət icazəsi ləğv ediləcək" – deyə Nigerin mədən nazirliyi məktubda bildirib.
Imouraren dünyanın ən böyük uran yataqlarından biridir və ehtiyatları 200 min tondur.