EN

Digər ölkələrÇində ildırım vuran iki nəfər sağ qalıb

Çində iki nəfər ildırım vurduqdan sonra sağ qalıb. İldırımvurma anı təhlükəsizlik kameraları tərəfindən çəkilib.

Bu barədə "Report" CCTV telekanalına istinadən xəbər verir.

Görüntülərdə Çzinçjoudakı vağzalda iki nəfərin çətir altında gəzdiyini göstərir. Hadisədən əvvəl güclü yağış yağdığından səki daşları suya qərq olmuşdu. Zərbə zamanı ildırımın şüası yayılıb və çətirləri vurub, bundan sonra kişilər yıxılıb, amma dərhal ayağa qalxmağa çalışıblar.

Onların hər ikisi tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin biri xəstəxanaya yerləşdirilib. Hər ikisinin həyatı üçün təhlükə yoxdur.

Xilasedicilər göy gurultusu zamanı metal əşyalara toxunmamağı və çətirin ildırımdan qorunmadığını unutmamağı tövsiyə edirlər. Göy gurultusu zamanı çimməkdən də çəkinmək lazımdır.

Chosen
127
far.az

1Sources