EN

Əmanətini rublla saxlayanlara XƏBƏRDARLIQ: fırıldaqçılar yeni sxem yaradıblar

Rusiyada yeni rəqəmsal rubl fırıldaqçılığı sxemi yaradılıb.

Publika.az xəbər verir ki, bu barədə “Rusiya Federasiyası Kiber Polisinin Bülleteni” "Telegram" kanalı məlumat yayıb.

“Cinayətkarlar Rusiya Bankı adından məktublar göndərir və nağd və nağdsız rublların “köhnəlmiş format” olduğu ilə bağlı xəbərdarlıq edirlər. Deyirlər ki, onları rəqəmsal valyutaya dəyişmək lazımdır”, - ekspertlər bildirib.

Qeyd edilib ki, onlar vətəndaşları pullarına qənaət etmək üçün “köhnəlmiş” pulları xüsusi hesaba “təcili” köçürməyə razı salmağa çalışırlar.

Chosen
167
27
publika.az

10Sources