EN

AVRO-2024-də bu gün: Hansı matçlar olacaq?

Dünən Avropa qitəsində birinciliyə start verildi.

Turnirin açılış matçında (A) qrupu çərçivəsində mübarizə aparan Almaniya və Şotlandiya yığrmaları qarşılaşıb.
 
Görüş ev sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.
 
İlk dəqiqələrdən təzyiqlə başlayan almanlar istəklərinə 10-cu dəqiqədə çatıblar.

Almanların heyətində Florian Virts hesabı açıb.
 
9 dəqiqə sonra Jamal Musiala fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.
 
45+1-ci dəqiqədə Kai Havertz Şotlandiyanın qapısına üçüncü dəfə yol tapıb.
 
İkinci hissəyə də aktiv başlayan almanlar 68-ci dəqiqədə Niklas Fullkruqla daha bir qola seviniblər.
 
Final fitinə 3 dəqiqə qalmış şotlandlar buraxılan qollardan birinin əvəzini çıxıb. Antonio Rudiger avtoqol müəllifi olub.
 
Matçda yekun hesabı isə 90+3-cü dəqiqədə fərqlənən Emre Can təyin edib. Qarşılaşmanın ən yaxşı futbolçusu isə Jamal Musiala seçilib.
 
Musiala komandasının 2-ci qolunun müəllifi olub. 21 yaşılı yarımmüdafiəçi matçın 74-cü dəqiqəsində əvəzlənib.  Qeyd edim ki Almaniya milli komandası həm də Avropa çempionatlarına 4 top fərq qələbə ilə başlayan milli komanda kimi tarixə düşüb.
 
İndi isə gəlin qitə turnirinin 2-ci günündə baş tutacaq matçlara nəzər salaq.  

A qrupunun ikinci matçında Macarıstan - İsveçrə ilə qarşılaşacaq. Görüş Köln şəhərində baş tutacaq. Oyuna saat 17:00 start veriləcək.
 
B qrupunun ilk görüşü isə paytaxt Berlində baş tutacaq. Saat 20:00-da İspaniya və Xorvatiya yığmaları üz-üzə gələcəklər.  Günün sonuncu oyununda isə İtaliya Albaniyanı sınağa çəkəcək. Görüş saat 23:00-da \"Siqnal İduna Park” stadionunda baş tutacaq.
 
Fərid Faiqoğlu
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
azxeber.com

1Sources