EN

İtaliyanın Baş naziri yaxın həftələrdə Çinə səfər edəcək

İtaliyanın Baş naziri Corca Meloni yaxın həftələrdə Çinə səfər edəcək.

Bu barədə o, Yeddilik Qrupu (G7) sammitinin sonunda mətbuat konfransında bildirib.

\"Yaxın həftələrdə səfər hazırlığı üzərində işləyirik, hələ dəqiq tarixlərin olmamasına baxmayaraq, bunu daha sürətli etmək istərdim\", - o deyib.

Xatırladaq ki, Meloniyə Pekinə səfər etmək üçün dəvət hələ 2023-cü ilin sonunda ÇXR Sədri Si Cinpindən gəlib. Hazırkı hökumətin Pekinlə münasibətlərin bir çox aspektlərinə şübhə ilə yanaşmasına baxmayaraq, Roma strateji tərəfdaşlığı artırmaq niyyətini bəyan edir.

KİV-in məlumatına görə, Meloninin ÇXR-ə səfəri iyul ayına planlaşdırılır.
 
///,report
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
11
azxeber.com

10Sources