Mingəçevirdə Kür çayında qayıqda yanğın olub. "Report"un məlumatına görə, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın baş verib.Şahidlərinin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.
Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Zərərçəkənlərin bir neçəsi yanıq, bir qismi isə travma və kəsik xəsarətləri alıblar.
Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü, Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-ci il təvəllüdlü Ə.Orucov, 2006-ci il təvəllüdlü Sahil Məhərrəmov, 1984-cü il təvəllüdlü İntiqam Kəmalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb.