EN

Yanvar-may aylarında nəqliyyatçılar 802,7 milyon sərnişinə xidmət göstərib

2024-cü ilin yanvar-may aylarında nəqliyyatçılar 802,7 milyon sərnişinə xidmət göstərib.

SeherXeber.org xəbər verir ki,  sərnişinlərin 87,6%-i avtomobil nəqliyyatı, 11,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-may aylarında 3268,8 min sərnişin daşınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,9% artım deməkdir.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 702,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6% artım qeydə alınıb. 

Sərnişinlərin 95,3%-i avtobus, 4,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Ümumilikdə sərnişin dövriyyəsi isə 9,7% artıb. 

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 3,6% artaraq 95,1 milyon nəfər olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
seherxeber.org

1Sources