EN

Alman polisi: “Spirtli içki qəbul edənlərə daha çox diqqət olacaq”

Alman polisi Avropa çempionatı ərəfəsində alkoqol və marixuana arasındakı fərq haqqında danışıb.

Gelzenkirxen polisinin sözçüsü Stefan Knipp bildirib ki, Avro 2024-də azarkeşlər marixuanadan çəkinmədən istifadə edə biləcəklər. Xatırladaq ki, aprelin 1-dən Almaniyada anaşa istehlakını legitimləşdirən qanun qüvvəyə minib.

“Küçədə anaşadan istifadə edən fanatlarla ilə bağlı problem yoxdur.

Bir qrup insanın spirtli içki içdiyini və bir az aqressiv göründüyünü, digər qrupun isə marixuana istifadə etdiyinə baxsaq, təbii ki, spirtli içki qəbul edən qrupa daha çox diqqət yetirəcəyik. Alkoqol insanı daha aqressiv edə bilər.

Biz zorakılığın qarşısını almaq və insanların təhlükəsizliyini təmin etmək istəyirik. Diqqətimiz içki içən və zorakılıq potensialına malik azarkeşlərə yönələcək. Buna görə də biz spirtli içkilərlə bağlı ehtiyat tədbirləri görürük”, – deyə Knipp bildirib.

Əlavə edək ki, qanuna baxmayaraq stadionlarda, fan zonalarında, barlarda və şəhər meydanlarında anaşa satılmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
futbolinfo.az

1Sources