EN

Alkaras və “Nike” arasında yeni çoxmilyonlu müqavilə imzalandı

“Relevo” nəşrinin yaydığı məlumata görə, dünyanın iki nömrəli tennisçisi Karlos Alkaras “Nike” ilə yeni müqavilə imzalayıb.

Mənbənin sözlərinə görə, müqavilə ispaniyalı tennisçinin Rolan Qarros 2024-dəki qələbəsindən bir neçə həftə əvvəl imzalanıb. Yeni müqavilə bir neçə il üçün nəzərdə tutulub. Müqavilənin dəqiq məbləği açıqlanmayıb.

Alkarasın “Nike”dan ildə 15-20 milyon dollar alacağı gözlənilir. Bundan əlavə, şirkətin illər əvvəl Rocer Federer və Rafael Nadal üçün etdiyi kimi tennisçi üçün də şəxsi loqo hazırlamağı öhdəsinə götürdüyü bildirilir.

21 yaşlı Karlos Alkaras “Böyük Dəbilqə” turnirlərinin üçqat qalibidir. Ümumilikdə, ispaniyalının 14 ATP titulu var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
futbolinfo.az

1Sources